İki boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir.

8 gün davam edəcək yarışın ilk gününün gündüz seansında Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Komandamızın heyətində ilk olaraq mübarizəyə qoşulan Daniel Xolostenko (71 kq) moldovalı Andrey Osiyevsçi (Moldova) vaxtından əvvəl və tam üstünlüklə məğlub edib.

Təmsilçimiz səkkizdəbir final mərhələsində macarıstanlı Levent Qemeslə qarşılaşacaq. Görüş aprelin 17-də baş tutacaq.

Millimizin digər üzvü Səid Abdullayev (67 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Həmyerlimiz Samuel Quqliotta (İtaliya) ilə gərgin keçən döyüşdə 3:2 hesablı qələbə qazanaraq səkkizdəbir finala vəsiqə qazanıb. O, bu mərhələdə türkiyəli Kaan Bilge ilə üz-üzə gələcək. Boksçumuz ikinci görüşünə aprelin 16-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa birinciliyində oğlanların yarışında tam heyətlə təmsil olunur.

Xəbər 443 dəfə oxundu.