UEFA Qurban Qurbanovu 50 illik yubileyi münasibəti ilə təbrik edib
UEFA “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib.

Avropa futbol qurumu bu barədə tviter hesabından video paylaşıb. UEFA təcrübəli mütəxəssisin uzun müddət “Qarabağ”a rəhbərlik etdiyini və Azərbaycan futbolunun canlı əfsanəsi olduğunu bildirib.

Q.Qurbanov 2008-ci ildən “Qarabağ” klubunun baş məşqçisidir. Onun rəhbərliyi dövründə “Qarabağ” 7 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Ağdam komandası daha böyük uğurlarına isə avrokuboklarda imza atıb. Ağdam təmsilçisi 2014/2015-ci il mövsümündən etibarən 6 dəfə Avropa Liqasının, həmçinin, Çempionlar Liqası və Konfrans Liqasının qrup mərhələsinə yüksəlib. 2021/2022-ci il mövsümündə isə klub tarixində ilk dəfə qrup mərhələsini adlayan klub UEFA Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb.

Xəbər 234 dəfə oxundu.