Azərbaycanın gənclər və idman naziri UFC döyüşçüsü Rafael Fiziyev ilə görüşüb
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov UFC döyüşçüsü Rafael Fiziyev ilə görüşüb.

Görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir, ona bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.

Son illərdə Azərbaycan idmançılarının MMA döyüşlərində uğurla çıxış etdikləri qeyd olunub. Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, ustad dərslərinin keçirilməsi idmanın bu növünün inkişafı baxımından önəmlidir.

Xəbər 459 dəfə oxundu.