Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib.

“Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunan ölkə birinciliyi şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçirilir.

Dörd gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.

Fərqlənən idmançılara federasiyanın mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər, həmçinin milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Xəbər 468 dəfə oxundu.