“Qarabağ”ın sabiq futbolçusu Türkiyə klubundan ayrılıb | |
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Türkiyənin “Sivasspor” klubundan ayrılıb. Braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Otuz iki yaşlı futbolçu "İnternasyonal"a keçib. O, yeni klubu ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb. Xatırladaq ki, Pedro Enrike 2017/2018-ci il mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib. O, 2019-cu ildə müqavilə məxsus olduğu PAOK-dan “Kayserispor”a transfer olunmuşdu. |
|
Xəbər 224 dəfə oxundu. |
|
|