Sabah Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürəcək
Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.

Yarışda Azərbaycan millisi oğlanların mübarizəsində tam heyətlə qüvvəsini sınayacaq.

Qitə birinciliyində ölkəmizi Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) təmsil edəcəklər.

Avropa birinciliyi 10 gün davam edəcək.

Xəbər 274 dəfə oxundu.