İtaliya gimnastı Sofiya Raffaelli Bakıda qızıl medal qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında halqa ilə hərəkətlərdə İtaliya təmsilçisi Sofiya Raffaelli qızıl medal qazanıb.

idmançının çıxışı 34.900 xalla qiymətləndirilib.

Bolqarıstanlı Boryana Kalein (31,450 xal) ikinci, İsrail təmsilçisi Adi Asya Katz (30,350 xal) üçüncü pillədə qərarlaşıblar.

Gimnastlarımız Arzu Cəlilova 29.800 xalla dördüncü, Zöhrə Ağamirova isə 29.350 xalla altıncı yeri tutublar.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 514 dəfə oxundu.