Azərbaycanın qadın cüdoçusu gənclər arasında keçirilən Avropa kuboku yarışının qalibi olub
Azərbaycanın qadın cüdoçusu Aytac Qardaşxanlı (63 kq) gənclər arasında keçirilən Avropa kuboku yarışının qalibi olub.

Polşanın Poznan şəhərində start götürən turnirdə 63 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşlərində Çexiya, Almaniya təmsilçilərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Final uğrunda qarşılaşmada israilli rəqibini mübarizədən kənarlaşdıran A.Qardaşxanlı həlledici mərhələdə yerli idmançını da məğlub edib və qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Qədir Hüseynov (73 kq) isə bürünc medala sahib olub. O, üçüncü yer uğrunda Ukrayna təmsilçisini məğlub edib.

İki gün davam edəcək turnirdə 17 ölkədən 287 idmançı yarışır. Azərbaycan yarışa 22 idmançı ilə qatılıb.

Ətraflı

Xəbər 253 dəfə oxundu.