Təmsilçimiz Arzu Cəlilova dünya kuboku yarışlarında növbəti proqramını icra edib
Azərbaycan gimnastı Arzu Cəlilova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında növbəti proqramını icra edib.

Gürzlərlə təsnifat yarışında gimnastımızın çıxışı 26,660 xalla qiymətləndirilib və A.Cəlilova hazırda 16-cı pillədə yer alıb.

İlk üçlükdə italiyalı Sofia Raffaeli (31,650 xal), Latviya təmsilçisi Yelizaveta Polstyanaya (30,850 xal) və digər İtaliya gimnastı Milena Baldassarri (30,600 xal) yer alıblar.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Aprelin 24-dək davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 460 dəfə oxundu.