Azərbaycan karateçiləri Karate1 Premyer Liqa turnirində qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar
Portuqaliyada Karate 1 Premyer Liqa turniri davam edir.

Yarışın ikinci günündə Azərbaycanın 6 karateçisi mübarizəyə qoşulub.

Premyer Liqa turnirinin birinci günündə idmançılarımızdan Fərid Ağayev (75 kq) uğurla çıxış edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi De Vivo Daniele (İtaliya) olacaq. Digər karateçimiz Tural Ağalarzadə isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. T.Ağalarzadə isə medal uğrunda yaponiyalı idmançı Nakano Soiçiro ilə üz-üzə gələcək. Hər iki görüş aprelin 24-də keçiriləcək.

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir. Azərbaycan komandası mövsümün ikinci turnirində 14 idmançı ilə təmsil olunur.

Xəbər 487 dəfə oxundu.