Rusiya və Belarus tennisçiləri Uimbldon turnirinə buraxılmayacaqlar
Rusiya və Belarus tennisçiləri Uimbldon turnirinə buraxılmayacaq.

Bu barədə Böyük Britaniya Tennis Assosiasiyası rəsmi qərar qəbul edib.

Qurum iyunun 27-də start götürəcək yarışadək qərarının dəyişdirilə biləcəyini də istisna etməyib. Qeyd edək ki, bu günə qədər ATP və WTA təşkilatları rusiyalı tennisçilərin neytral statusda çıxışına icazə vermişdi.

İngiltərənin nüfuzlu “Daily Mail” nəşri bu qərarla bağlı maraqlı informasiya əldə edib. Mənbənin yazdığına görə, qərarın arxasında Böyük Britaniya Kral ailəsi durur. Onlar yarışın əsas favoritlərindən olan Daniil Medvedevin ali mükafatı qazana biləcəyindən çəkindiyinə görə yerli tennis assosiasiyasına belə bir göstəriş verib. Mötəbər turnirin qaliblərinə titulu məhz Kral ailəsinin üzvü təqdim edir.

Adətən belə məsələlərdə təşkilatçılarla həmrəylik nümayiş etdirən ATP və WTA bu dəfə fərqli mövqedədir. Onlar yaydıqları bəyanatda Böyük Britaniya Tennis Assosiasiyasının qərarını ədalətsiz adlandırıblar.

Xəbər 398 dəfə oxundu.