Şəhriyar Məmmədyarov “Oslo Esports Cup” turnirində növbəti görüşünü keçirəcək | |
Aprelin 23-də şahmat üzrə çempionlar turunun “Oslo Esports Cup” mərhələsində ikinci turun oyunları keçiriləcək. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci qarşılaşmada Hindistan şahmatçısı Praqnanandha Rameşbabu ilə üz-üzə gələcək. Şahmatçımız birinci turda vyetnamlı Le Quanq Liyemi 2,5:1,5 hesabı ilə məğlubiyyətə uğradıb. Turnirin iştirakçıları hər turda rapid üzrə (15 dəqiqə + 10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparırlar. Yarış aprelin 28-dək davam edəcək. |
|
Xəbər 211 dəfə oxundu. |
|
|