ABŞ gimnastı: Bakıda yarışların təşkili çox gözəldir
Bakıda yarışların təşkili çox gözəldir. Burada özümü əla hiss edirəm.

Bu sözləri açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə FIG dünya kubokunun iştirakçısı, ABŞ gimnastı Evita Qriskenas deyib.

"Bu, mənim Milli Gimnastika Arenasında birinci çıxışım deyil. Bu zalda çıxış etməyi sevirəm. Tamaşaçılar hamını dəstəkləyir. Belə mühitdə xalçaya çıxmaq çox xoşdur", - deyə o bildirib.

AZƏRTAC

Xəbər 403 dəfə oxundu.