Kiprli idmançı: Dünya kubokunun ilk yarış günündən təəssüratlarım çox yaxşıdır
Bakıda keçirilən bədii gimnastika üzrə FIG dünya kubokunun ilk yarış günündən təəssüratlarım çox yaxşıdır. Əvvəlcə bir az həyəcanlı idim, amma hər iki növü - halqa və topla hərəkətləri kiçik səhvlərə baxmayaraq, yaxşı keçirdim. Ümumiyyətlə, mən çıxışımdan razı qaldım. Kubokun ikinci günündə gürzlər və lentlə hərəkətlərdə yarışırıq, ona görə də indi mən bu məşqlərə köklənəcəm.


O bildirib ki, startdan əvvəl Bakıda iki məşq keçirib. "Çərşənbə günü axşam Bakıya gəldik. Ertəsi gün birincisi məşq zalında, digəri isə podiumda iki məşq etdik. Hər şey əla keçdi. Bakıdakı gimnastika arenasının zalı gözəldir, çoxlu məşq xalçaları var və tamaşaçılar həvəslə dəstəkləyir. Bütün bu amillər uğura təkan verir", - deyə gimnast əlavə edib.

Anna Sokolova bədii gimnastika qaydalarına edilən dəyişikliklərə müsbət yanaşdığını da vurğulayıb.

Xəbər 224 dəfə oxundu.