Bakı 2023-cü ildə Avropa Badminton Konfederasiyasının konqresinə ev sahibliyi edəcək
Maltanın paytaxtı Valettada keçirilən Avropa Badminton Konfederasiyasının illik konqresi başa çatıb. Konqresdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, vitse-prezident Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

İki gün davam edən toplantıda növbəti ildə keçiriləcək konqresə ev sahibliyi edəcək şəhər müəyyənləşib.

Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti - sayca 56-cı görüşü 2023-cü ildə Bakıda keçiriləcək. Mötəbər tədbirə ev sahibliyi etmək hüququ 3 namizəd şəhər arasından paytaxtımıza verilib. Konqres çərçivəsində 2022-də müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının mükafatlandırılma mərasimi Bakıda təşkil olunacaq. Avropanın badminton federasiyalarının prezidentləri ölkəmizə səfər edəcəklər.

Xəbər 278 dəfə oxundu.