Azərbaycan Avtomobil Federasiyası klassik avtomobillərin yürüşünü təşkil edir
Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Bununla əlaqədar olaraq, AAF klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri mayın 23-ü saat 18:00-dək AAF-dan qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri və info@faa.az e-mail adresi ilə əlaqə saxlamaq mümkündür.

Qeydiyyatdan keçən avtomobil və sahibləri mayın 29-da saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar.

Xəbər 476 dəfə oxundu.