Basketbolçularımız Türkiyədə növbəti yoxlama oyununda qalib gəliblər
Ankarada təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət basketbol üzrə əsas milli komandamız növbəti yoxlama oyununu keçirib.

Millimiz Türkiyənin İkinci liqa təmsilçisi “Ted Ankara kollejiler” basketbolçularına 92:77 hesabı ilə qalib gəlib.

Yığmamızın liderlərindən sayılan Amil Həmzəyev 36 xalla qarşılaşmanın ən məhsuldar basketbolçusu seçilib. Komandamızın əsas oyun qurucusu Zaur Paşayev isə bu görüşdə 14 məhsuldar ötürmə ilə yadda qalıb. Endar Poladxanlı 23 xal, Coşqun Əliyev və Əkbər Məmmədov hərəyə 14 xal toplayaraq qələbədə əsas pay sahiblərindən olublar.

Xəbər 273 dəfə oxundu.