"Shuttle Time" proqramı Avropa Badminton Konfederasiyasının illik iclasında nümayiş olunub
Azərbaycanda həyata keçirilən "Shuttle Time" proqramı Avropa Badminton Konfederasiyasının illik iclasında nümayiş olunub.

Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

Tədbirdə videoçarx iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Artıq 800-dən çox gənc məşqçi və idmançı yetişdirilib.

“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Xəbər 290 dəfə oxundu.