Zöhrə Ağamirova bədii gimnastika üzrə dünya kuboku yarışlarında topla proqramını nümayiş etdirib
Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında topla proqramını nümayiş etdirib.

Gimnastımızın çıxışı 29,650 xalla qiymətləndirilib və Z.Ağamirova hazırda altıncı pillədə yer alıb.

Topla təsnifat mərhələsinə 31 xalla təmsilçimiz Arzu Cəlilova liderlik edir.

İlk üçlükdə israilli Daria Atamanov (30,450 xal) və Qazaxıstan gimnastı Eljana Tanıyeva (30,150 xal) yer alıblar.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 325 dəfə oxundu.