Azərbaycan voleybolçusu Monteneqro liqasının qalibi olub
Azərbaycan millisinin voleybolçusu Dmitri Baranovun çıxış etdiyi "Budvo" Monteneqro liqasının qalibi olub.

Komanda final oyununda "Buduçnost"a 3:2 (22:25, 25:15, 25:20, 21:25, 15:6) hesabı ilə qalib gələrək çempionluq tituluna yiyələnib.

Qeyd edək ki, "Budvo" cari mövsüm ölkə kubokuna da sahib olub.

Xəbər 269 dəfə oxundu.