Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı start götürüb
Bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox idmançı medallar uğrunda mübarizə aparır. Turnirin birinci günündə qadınlar arasında sinkler cədvəli üzrə mütləq qaliblər müəyyənləşəcək. Kişilər arasında isə 55, 61, 67 kiloqram çəki dərəcələrində ilk yerlərin sahibləri bəlli olacaq.

Turnirin keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, yarış təcrübəsinin zənginləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlığın təmin olunmasıdır.

Yarış iki gün davam edəcək.

Xəbər 656 dəfə oxundu.