Basketbol üzrə kişilərdən ibarət əsas komandamız Gürcüstanın “Vera Tbilisi” yığmasını məğlub edib
Tbilisidə təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət əsas komandamız növbəti yoxlama oyununu keçirib.

Yığmamız, yerli ölkə təmsilçisi “Vera Tbilisi” basketbolçularına 67-60 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimizin heyətində Endar Poladxanlı (23 xal), Fikrət Ələkbərov (19 xal), Cəbrayıl Əkbərov (17 xal) fərqləniblər.

Xəbər 458 dəfə oxundu.