Gənclər və idman naziri Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib
Gənclər və idman naziri Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib
Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib.

İki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan gənclər və idman naziri qonağa Azərbaycanda son illərdə keçirilən idman siyasəti barədə məlumat verib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşqlərin təşkilinin mümkünlüyü qeyd olunub.

Xəbər 466 dəfə oxundu.