Məktəblilər üçün stolüstü tennis üzrə “ustad dərsləri” təşkil olunacaq
Bu gün Sabunçu Rayon Gənclər Evində Azərbaycan Stolüstü Tennis Federasiyası və gənclər evinin təşkilatçılığı ilə stolüstü tennisçilər üçün “ustad dərsləri” və gənclər arasında turnir keçiriləcək.

Bu gün həmçinin “Şüa” İdman-Sağlamlıq Kompleksində, “Qarabağ NN” klubunun bazasında, eləcə də bir sıra məktəblərin idman zallarında 2-5-ci sinif şagirdləri üçün “ustad dərsləri” təşkil ediləcək.

“Ustad dərsləri” Avropa çempionatları, eləcə də, İslam Həmrəyliyi Oyunlarının qalibləri, mükafatçıları və digər peşəkar stolüstü tennisçilər tərəfindən göstəriləcək. Bundan başqa, stolüstü tennisə maraq oyatmaq və asudə vaxtın səmərəli təşkili məqsədilə məktəbli idmançılar üçün xüsusi estafet yarışları, hədiyyəli viktorinalar keçiriləcək.

Xəbər 303 dəfə oxundu.