Yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulub
Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Alüminiumçu” İdman Evində “Şuşa İli”nə həsr edilmiş yunan-Roma güləşi üzrə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Elmir Şükürov (45 kq), Elvin Nuriyev (48 kq), Səid Xəlilov (51 kq), Əli Seyidəlili (55 kq), Mərd Əlizadə (60 kq), Nihad Bünyadzadə (65 kq), Elnur Hüseynov (71 kq), Əli Mehdiyev (80 kq), Xalid Vəlixanov (92 kq) və Əli Bayramov (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.

Xəbər 355 dəfə oxundu.