Dubayda keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinin üçüncü gününə yekun vurulub
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinin üçüncü gününə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasi dəfə qılıncoynatmanın sablya növü üzrə gənc oğlan və qızların komanda yarışında qaliblər müəyyənləşib.

Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət sablya üzrə oğlanlardan ibarət komandamız ilk görüşündə BƏƏ seçməsinə 45:25 hesabı ilə qalib gəlib. Gənc sablyaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan komandasına 23:45 hesabı ilə uduzub.
Komandamız 9-16-cı yerlər uğrunda keçirilən görüşdə koreyalı həmkarlarına 16:45 hesabı ilə uduzub. Qılıncoynadanlarımız 13-16-cı yerlər uğrunda görüşdə Braziliya yığmasına 45:40 hesabı ilə qalib gəlib. Komandamız dünya birinciliyində keçirdiyi sonuncu görüşdə Gürcüstan millisinə 38:45 hesabı ilə məğlub olaraq yekun sıralamada 14-cü yeri tutub

Xəbər 332 dəfə oxundu.