“Səbail” Premyer Liqada 50-ci səfər qolunu vurub | |
“Səbail” Premyer Liqada 50-ci səfər qolunu vurub. Bu, XXI turun “Qarabağ”la matçına təsadüf edib. Bakı klubunun 1:5 hesabı ilə uduzduğu görüşdə vurulan yeganə top rəqib meydanlarındakı 50-ci qol olub. Bu topa penaltidən fərqlənən Nikolas Raysel imza atıb. “Səbail” səfərdəki 50-ci qolu 62-ci oyunda vurub. “Qarabağ”la görüşdə buraxılan ilk top isə paytaxt klubunun səfərdə öz qapısında gördüyü 100-cü qol olub. Bakı təmsilçisi ümumilikdə 62 səfər oyununda 104 dəfə rəqibin fərqlənməsinə şahid olub. |
|
Xəbər 260 dəfə oxundu. |
|
|