Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub | |
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrəyə yekun vurulub. XV tura təsadüf edən matçlarda “Neftçi” klubu “Murov”, “Sərhədçi” komandası isə MOİK ilə qarşılaşıb. “Murov” klubu “Neftçi”yə 3:0 (20:25, 23:25, 20:25) hesabı ilə qalib gələrək xallarını 32-yə çatdırıb və turnir cədvəlində ilk pillədəki mövqeyini möhkəmləndirib. Hazırda liderin ən yaxın izləyicisi olan “Neftçi”nin 28 xalı var. Günün ikinci oyununda isə MOİK “Sərhədçi”ni eyni hesabla məğlub edib – 3:0 (12:25, 14:25, 19:25). Bu qələbədən sonra MOİK 21 xalla turnir cədvəlində üçüncü pillədəki yerini qoruyub. Üç xalı olan "Sərhədçi" isə sonuncu - beşincidir. Hər iki oyun “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib. |
|
Xəbər 279 dəfə oxundu. |
|
|