Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib.

Kişi voleybolçular arasında Yüksək Liqada üçüncü dövrənin son qarşılaşmaları aprelin 4-də olacaq. XV turun ilk qarşılaşmasında “Neftçi” “Murov”u sınağa çəkəcək. Görüş saat 15:00-da başlanacaq. Saat 17:00-da “Sərhədçi” – MOİK oyunu başlanacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada IV dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək X turun ilk matçı saat 16:00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “Abşeron” duelinə start veriləcək.

Xəbər 274 dəfə oxundu.