Dubayda qılıncoynatmanın sablya növü üzrə yeniyetmələr arasında qaliblər müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qılıncoynatmanın sablya növü üzrə dünya birinciliyinin ikinci yarış günündə yeniyetmə oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. Zərifə pley-offda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4) və italyan Martina Giancolaya (15:14) qalib gəlib. Ötən il keçirilən dünya birinciliyinin yeniyetmələr arasında bürünc medalçısı olan Zərifə Hüseynova yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Alexandra Manqaya 7:15 hesabı ilə uduzub.
Qrup mərhələsində 5 qələbə qazanan Ayxan Xasıyev 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə ukraynalı Dmitri Kolobayevə 8:15 hesabı ilə məğlub olub.

Xəbər 341 dəfə oxundu.