Cüdoçumuz zədə səbəbindən “Böyük dəbilqə” turnirində bürünc medal görüşünə çıxmayıb
Cüdoçumuz Orxan Səfərov (66 kq) Antalyada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal görüşünə çıxmayıb.

Azsport.az federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, buna 66 kiloqramda yer alan idmançının zədələnməsi səbəb olub.

Villian Lima (Braziliya) ilə dörddə bir final qarşılaşmasında zədə alan O.Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyib.

Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.

Xəbər 282 dəfə oxundu.