Bakı beşinci dəfə Formula 1 Qran-Prisinə ev sahibliyi edib
Bakı şəhəri bir illik fasilədən sonra, Formula 1 üzrə Azərbaycan Qran-Prisinə beşinci dəfə ev sahibliyi edib. Xatırladaq ki, Formula 1 yarışları Bakıda 2016-cı ildən keçirilir. 2021-ci ilin yarış təqvimində sayca altıncı olan Azərbaycan Qran-Prisi iyun ayının 4-6-da baş tutub. Yarışın ilk günü Formula 1 Azərbaycan Qran-Prisinin bi rinci va ikinci sərbəst yürüşlərinə start verilib. Yürüşlərə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. Birinci sərbəst yürüşü "Red Bull Racing"in pilotu Maks Ferstap pen lider kimi tamamlayıb. "Ferrari"nin üzvləri Şari Lek ler ikinci, Karlos Sayns isə üçüncü olublar. İkinci sərbəst yürüşdə isə "Red Bull Racing"in pilotları - Serxio Peres və Maks Ferstappen ilk iki pillədə yer alıblar. İlk üçlüyü "Ferrari"nin üzvü Karlos Sayns qapayıb. Ertəsi gün Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü keçirilib. Üçüncü yürüşdə "Alpha Tauri" komandasının pilotu Pyer Qasli fərqlənməyi bacarıb. Serxio Peres ("Red Bull Racing") ikinci, Luis Hamilton ("Mercedes") isə üçüncü olublar.

İyunun 6-da Bakıda Formula 1 üzrə dünya çempionatında Azərbaycan Qran-Prisinin asas yarışı keçirilib. Əvvəlcə mötəbər yarışın xüsusi konsepsiya əsasında hazırlanan açılış mərasimi olub. Açılış mərasimindən sonra, Formu la 1 Azərbaycan Qran-Prisinin əsas yarışina start verilib. Yarış "Red Bull Racing Honda" komandasının meksikali pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. İkinci yer də "Aston Martin" komandasının almaniyalı sürücüsü Sebastian Fettel qərarlaşıb. "Alpha Tauri" komandasının fransalı sürücüsü Pyer Qasli isə yarışı üçüncü sırada ta mamlayıb.

Qeyd edək ki, artıq 2022-ci ilda keçiriləcək Formula 1 üz rə dünya çempionatının təqvimi açıqlanıb. Təqvimə görə, Bakı şəhər halqasında yarış iyunun 10-12-də keçiriləcək.

Səkinə İsayeva

Xəbər 427 dəfə oxundu.