Las-Veqas 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək | |
ABŞ-ın Las-Veqas şəhəri 2023-cü ildə Formula 1 yarışına ev sahibliyi edəcək. Yarışın noyabrda gecə saatlarında şəhər trekində keçirilməsi nəzərdə tutulub. Trekin uzunluğu 6,12 km olacaq. Trek şəhərin ən böyük kazinolarının yerləşdiyi Las-Veqas-Strip bulvarından keçəcək. Bu, 1982-ci ildən sonra ABŞ-da üçüncü Qran-Pri olacaq. Hazırda bu ölkədə Mayami və Ostin mərhələləri də keçirilir. 1981-1982-ci illərdə də Las-Veqasda Formula 1 yarışı keçirilib. Cari mövsüm Azərbaycan Qran-Prisi iyunun 10-12-də keçiriləcək. |
|
Xəbər 267 dəfə oxundu. |
|
|