Qadın güləşçilərimiz Avropa çempionatına qələbə ilə başlayıblar | |
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın üçüncü günündə - martın 30-da qadın güləşi üzrə mübarizəyə start verilib. Milli komandamızın üzvü Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb - 3:2. Çempionatda 59 kiloqram çəki dərəcəsində iştirakçılar 2 qrupa bölünüblər. A qrupunda yer alan Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə "tuşe" ilə qələbə qazanıb. Təmsilçimiz qrupda növbəti və sonuncu görüşünü almaniyalı Elena Brüggerə qarşı keçirəcək. |
|
Xəbər 278 dəfə oxundu. |
|
|