Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb
Futbol üzrə Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibi Belarus yığması yoldaşlıq oyunu keçirib.

Komanda Hindistanla üz-üzə gəlib. Qarşılaşma Belarusun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan seçməsinin Millətlər Liqası çərçivəsində Belarusla səfər görüşü iyunun 6-da keçiriləcək. Cavab oyunu isə iyunun 13-də Bakıda təşkil olunacaq.

Xəbər 273 dəfə oxundu.