Azərbaycan – Latviya oyununu maltalı hakimlər briqadası idarə edəcək
Martın 29-da Maltada “National Stadium”da futbol üzrə Azərbaycan və Latviya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Trustin Farrugia Kann olacaq. Ona Luke Portelli və Dunkan Sultana kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrea Skiriha yerinə yetirəcək.

Xəbər 259 dəfə oxundu.