Bu gün Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisi start götürür
Bu gün Ciddə Şəhər Halqasında yerli vaxtla 20:00-da Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisi start götürəcək.

20 pilotun mübarizə aparacağı Qırımızı dəniz sahili boyu trasda dünənki təsnifat yürüşünün qalibi - “Red Bull” komandasının pilotu Sergio Peres ön sırada olacaq.

ABŞ-ın “Haas” komandasının alman pilotu Mayk Şumaxer təsnifat yürüşündə bir neçə qəza törədib və o, müayinə üçün tibbi mərkəzə yerləşdirilib.

Qeyd edək ki, Ciddə Şəhər Halqası dünyanın ən sürətli trasıdır. Burada bolidlərin orta sürəti saatda 252 kilometr, maksimum sürəti isə saatda 322 kilometrdir.

Xəbər 266 dəfə oxundu.