Azərbaycan Avropa çempionatında Top-8-də | |
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Martın 13-də start götürən yarışda oğlan idmançılar arasında yarımfinal döyüşlərinin yekununa əsasən finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb. Avropa çempionatında 13 çəkidən 7-də mübarizə aparan millimizin 2 boksçusu həlledici döyüşdə iştirak hüququ qazanıb. Yığmamız bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olacaq 8 komandadan biridir. Ümumilikdə isə cəmi 15 ölkənin boksçusu çempionluq üçün döyüşəcək. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır. Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə döyüşəcək. Avropa çempionatı, U-22 Finalda təmsil olunacaq ölkələrin siyahısı 1. Ukrayna – 4 boksçu 2. İtaliya – 3 3-8. Azərbaycan – 2 Gürcüstan – 2 Türkiyə – 2 Bolqarıstan – 2 Uels – 2 Ermənistan – 2 9-15. Danimarka – 1 Xorvatiya – 1 İsrail – 1 Almaniya – 1 Avstriya – 1 Niderland – 1 İrlandiya – 1 |
|
Xəbər 292 dəfə oxundu. |
|
|