Sablya üzrə qadınlardan ibarət komandamız dünya kubokunda beşinci olub
Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə keçirilən qadınların dünya kubokunda komanda yarışına yekun vurulub.

Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət yığmamız ilk görüşdə Polşanı təmsil edən seçmə kollektivə 45:43 hesabı ilə qalib gəlib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya millisinə 32:45 hesabı ilə uduzan komandamız 5-8-ci yerlər üçün keçirilən görüşlərdə Bolqarıstan (45:33) və Yaponiyanı təmsil edən qadın sablyaçılara (45:34) qalib gələrək yekun sıralamada 22 ölkə arasında 5-ci olub.

Xəbər 322 dəfə oxundu.