Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Aprelin 9-dan 10-dək Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin və federasiyanın birgə təşkil etdiyi yarışda ölkəmizin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd ağır atletikanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliğinə və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 362 dəfə oxundu.