Həndbol üzrə Azərbaycan çempionatına martın 20-də start veriləcək
Martın 20-də həndbol üzrə növbəti respublika çempionatına start veriləcək.

28-ci Azərbaycan çempionatının oyunları Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.

Ölkə birinciliyinə 4-ü qadınlardan, 6-sı kişilərdən ibarət olmaqla 10 komanda qatılacaq. Qadınların yarışında “Azəryol”, “Azərsu”, “Qarabağ”, “İdman Akademiyası”, kişi həndbolçuların mübarizəsində isə “Bakı”, “Məhsul”, “Təhsil”, U-18 İdman Akademiyası, U-16, “Gənclər Birliyi” komandaları qələbə uğrunda yarışacaqlar.

Çempionatın martın 20-si saat 11-də başlayacaq açılış oyununda “Gənclər Birliyi” və “Bakı” klubları ilə üz-üzə gələcək. Sonra “İdman Akademiyası” ilə “Qarabağ” komandası meydana çıxacaq.

Saat 14:00-da ölkə çempionatının açılış mərasimi keçiriləcək. Yarışın birinci gününə U16 – U18 İdman Akademiyası, “Azəryol” – “Azərsu” və “Təhsil” – “Məhsul” görüşləri ilə yekun vurulacaq.

Martın 26-da isə “Bakı – “Təhsil”, “Qarabağ” – “Azəryol”, U18 İdman Akademiyası – “Gənclər Birliyi”, “Azərsu” – “İdman Akademiyası”, “Məhsul” – U16 qarşılaşmaları oynanılacaq.

Xəbər 313 dəfə oxundu.