Yeniyetmə və gənc karateçilərimiz Qran-Pri turnirində iştirak etmək üçün Xorvatiyaya yola düşüblər
Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandaları martın 18-20-də keçiriləcək 30-cu Qran-Pri turnirində iştirak etmək üçün Xorvatiyanın Samobor şəhərinə yola düşüblər.

16-17 və 18-21 yaşlı gənclərdən ibarət komandanın baş məşçqisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə 17 idmançı yer alıb.

Belə ki, 16-17 yaşlı gənclər arasında Aysu Əliyeva (53 kq), 18-21 yaşlı idmançıların turnirində Elmir Musayev (60 kq), Hüseyn Məmmədli, Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Hüseyn Hüseynzadə, Abbas Dadaşov (84 kq), Osman Osmanlı, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), Ayla Rzazadə (61 kq), Zəhra Əliverdiyeva (68 kq), Fidan Musayeva (+68 kq) kumite yarışlarında, Ceyhun İsmayılov, Həsənəli Həsənov və Zəhra Qurbanzadə isə kata çıxışlarında mübarizə aparacaqlar.

Milli komanda üzvləri ilə yanaşı, bir sıra klubların idmançıları da Qran-Pri turnirində iştirak edəcəklər.

Qeyd edək ki, bu nüfuzlu yarışa 33 ölkədən 1769 idmançı qatılacaq. Beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaq.

Xəbər 281 dəfə oxundu.