Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin “Buca Belediyesi” komandasını məğlub edib
Kişi basketbolçulardan ibarət yığma komandamızın Türkiyənin İzmir şəhərində təlim-məşq toplanışı uğurla davam edir.

Millimizin baş məşqçisi Samit Nuruzadənin yetirmələri növbəti yoxlama oyununda Türkiyənin "Buca Belediyesi" basketbolçularına 89:65 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, oyunda yığmamızın üç basketbolçusu Amil Həmzəyev (20 xal, 12 ribaund), Fikrət Ələkbərov (12 xal, 10 assist) və Coşqun Əliyev (12 xal, 4 top oğurlama) fərqləniblər.

Xəbər 561 dəfə oxundu.