UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər məlum olub
UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin son dörd cavab matçından sonra həftənin oyunçusu adına namizədlər məlum olub.

Bu ada Portuqaliyanın “Benfika” komandasından Darvin Nunyes, İspaniyanin “Vilyarreal” klubunun qapıçısı Geronimo Ruli, “Atletiko Madrid” komandasından Koke və İngiltərənin “Çelsi” kollektivindən Kristian Pulişiç namizəddir.

Qeyd edək ki, qalib futbolçu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Xəbər 243 dəfə oxundu.