Azərbaycan millisi Sloveniya yığması ilə yoldaşlıq oyunları keçirəcək
Martın 17-dən 20-dək Bakıda, ayın 20-dən 24-dək isə Sloveniyada 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

U-19 martın 22-də və 24-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

Xəbər 273 dəfə oxundu.