Həndbol üzrə Azərbaycan çempionatına hazırlıq məsələləri müzakirə olunub
Həndbol üzrə XXVIII Azərbaycan çempionatına hazırlıq işlərinə dair iclas keçirilib.

İclasda federasiyanın nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.

AHF-in ofisində keçirilən iclasda Azərbaycan çempionatına hazırlıq, çempionatın təşkili məsələləri və yeni qaydalarla bağlı məlumat verilib. Həmçinin 2021-2022-ci illər üzrə Azərbaycan çempionatının I dövrəsinin keçiriləcəyi tarix və məkan diqqətə çatdırılıb. Bildirilib ki, yarışlar martın 20-də Şağan Olimpiya İdman Kompleksində start götürəcək.

İclasda yarışda iştirak edəcək qadın və kişi komandaların adları açıqlanıb. Çempionatda 4 qadın (“Azəryol”, “Azərsu”, “Qarabağ”, İdman Akademiyası) və 6 kişi (“Bakı”, “Məhsul”, “Təhsil”, U-18 İdman Akademiyası, U-16, Gənclər Birliyi) komandalarının çıxış edəcəyi qeyd olunub.

Yarışların püşkü atıldıqdan sonra komandalara yeni geyim formaları təqdim olunub.

Xəbər 287 dəfə oxundu.