Belqradda qapalı məkanda yüngül atletika üzrə 18-ci dünya çempionatı keçiriləcək
Martın 18-dən 20-dək Serbiyanın paytaxtı Belqradda qapalı məkanda yüngül atletika üzrə 18-ci dünya çempionatı keçiriləcək.

Serbiya paytaxtındakı 18 min tamaşaçı tutumuna malik “Stark Arena”da təşkil olunacaq dünya çempionatında 200-dən çox idmançı mübarizə aparacaq.

Dörd illik fasilədən sonra keçiriləcək çempionatda 13-ü qadınların, 13-ü də kişilərin yarışlarında olmaqla ümumilikdə 26 dəst medalın qalibləri müəyyənləşəcək.

Xəbər 385 dəfə oxundu.