Bakıda keçirilən beynəlxalq karate seminarında Çexiya və Yunanıstan idmançıları da iştirak ediblər
Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında müxtəlif yaşlı qızların iştirakı ilə beynəlxalq karate seminarı keçirilib.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə seminara 14-15 yaşlı yeniyetmələr, 16-17, 18-21 yaşlı gənclər, böyüklərdən ibarət heyətlə yanaşı, Çexiya və Yunanıstandan idmançılar da qatılıblar. Qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Seymur Xudaverdiyev seminarda assistentlik edib.

Son respublika çempionatının mükafatçılarının da qatıldıqları seminar bir həftə davam edib.

Federasiya prezidenti Yaşar Bəşirov seminar iştirakçıları ilə görüşdə milli komandalar və perspektivli idmançılar üçün belə təlim-məşq toplanışlarının mütəmadi təşkil ediləcəyini bildirib.

Xəbər 366 dəfə oxundu.