Avropa çempionatı: Bu gün iki boksçumuz rinqə çıxacaq
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatının ikinci günündə iki boksçumuz mübarizə aparacaq.

Millimizin üzvlərindən Nəbi İsgəndərov (67 kq) Luka Nikabadze (Gürcüstan), Mirşərif Kazımzadə (75 kq) Hikki Sam (Şotlandiya) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, qitə birinciliyinin birinci yarış günündə 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov 1/16 final mərhələsi çərçivəsində Yere Niemelainenə (Finlandiya) qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Təmsilçimiz səkkizdəbir finalda ilk mərhələdən azad olan sloveniyalı Nik Nikolovla üz-üzə gələcək. Görüş martın 17-də baş tutacaq.

Xatırladaq ki, komandamız turnirdə 7 boksçu ilə təmsil olunur. Yarış martın 23-də başa çatacaq.

Xəbər 339 dəfə oxundu.