Taekvondoçumuz Asiya regionu üzrə keçirilən "President Cup" turnirində bürünc medal qazanıb
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində taekvondo yarışları davam edir.

Bu gün Asiya regionu üzrə "President Cup" turnirinə start verilib. Artıq yarışın birinci günündə komandamız aktivinə bir medal əlavə edib. Belə ki, qadınlardan ibarət milli komandanın lider idmançılarından olan Patimat Abakarova 53 kiloqram çəki dərəcəsində turnirin bürünc medalına sahib olub.

Qeyd edək ki, taekvondoçularımız bundan əvvəl Tehranda “ Fajr Open” G-2 kateqoriyalı beynəlxalq turnirdə 4 (3 gümüş, 1 bürünc) medal qazanıblar.

Xəbər 282 dəfə oxundu.